Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
yeddinci sessiyasından irəli gələn vəzifələr
və Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsi, onun yerli orqanları
tərəfindən 2022-ci ilin birinci yarısında görülmüş işlərə və qarşıda duran vəzifələrə
həsr olunan iclas keçirilib.
  Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk yarımilində də davam etdirilmişdir.
Cari ilin yanvar-iyun aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 363 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur.