Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq...
  Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Oktyabrın 28-də Ordubad rayonunun Unus kənd tam orta məktəbi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ikimərtəbəli 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, direktor, şahmat, kompüter və müəllimlər otaqları, STEAM kabinəsi...