Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada bütün fəaliyyət sahələrinin inkişafını xarakterizə edən böyük sayda statistik məlumatlara malikdir. Muxtar respublika ərazisində istənilən fəaliyyət növünü həyata keçirən hüquqi və fiziki şəxslər statistika orqanlarına hesabat təqdim etməlidirlər.
     Dövlət Statistika Komitəsi statistik məlumatların rolunun artırılmasına, hüquqi və fiziki şəxslərin hüquqlarına hörmət edilməklə alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verir. İnformasiya texnologiyaları, mövcud imkanları genişləndirərək statistik məlumatların səmərəli işlənməsi üçün keyfiyyətcə yeni imkanlar açır. Siz hesabatları öz ofisinizdən kənara çıxmadan təqdim etmək və bu hesabatların arxivini yaratmaq imkanlarına malik ola bilərsiniz.
     Statistik hesabatların təqdim edilməsində müəssisə və təşkilatlara düşən yükün azaldılması, informasiya texnologiyalarının səmərəli istifadəsi məqsədi ilə tətbiq edilən bu üsuldan bəhrələnin.

    1.   Hesabatların real-vaxt (online) rejimində təqdim olunması üçün heç bir əlavə proqramın yüklənməsinə ehtiyac yoxdur, təsərrüfat subyekti internetə çıxış olan istənilən kompüterdən istifadə etməklə müvafiq hesabat forması üzrə öz məlumatlarını Dövlət Statistika Komitəsinin məlumat bazasına daxil edə bilər.

    2.   Hesabatlar real-vaxt (online) rejimində təqdim olunmursa proqram sisteminin əhatəsini öz kompüterinizə yükləyin. Əgər istifadə etdiyiniz sistemdə Visual FoxPro 6.0 varsa, əhatənin yüklənməsinə ehtiyac yoxdur. Bu iş yalnız bir dəfə həyata keçirilir. Müvafiq proqram təminatını yükləmədən əvvəl kompüterə istifadə olunacaq kataloq, təsnifatları yükləmək zəruridir.
Visual FoxPro 6.0-ı kompüterinizə yükləyin:
Təsnifatları kompüterinizə yükləyin:

      Siz təqdim edəcəyiniz statistik hesabatı seçərək müvafiq proqram təminatını yükləyirsiniz. Hər statistik hesabat növü üçün bir dəfə yükləmək kifayətdir. (statistik hesabat formalarına keçid)
      Müvafiq statistik hesabatı ekranda dolduraraq statistika orqanına elektron poçt vasitəsi ilə təqdim edirsiniz.

 
       Statistik hesabatların formaları


Muxtar respublikanın şəhər və rayon statistika idarələrinin rəislərinə.
Hesabatların təqdim edilməsi üzrə  yaddaş!
 
Yanvar Fevral Mart
Aprel May İyun
İyul Avqust Sentyabr
Oktyabr Noyabr Dekabr

Hesabatları daxil etdiyiniz zaman qarşıya çıxan problemlərin həlli üçün
(0099436) 545-12-06
(0099436) 545-12-10
(0099436) 545-93-20

nömrələri ilə əlaqə yarada bilərsiniz.